Parlament seçkilərinə 1 həftədən də az müddət qalıb. Bu seçkilərdə biz, Azərbaycan vətəndaşları, yenilənmiş Azərbaycan Milli Məclisini seçəcəyik. Bu orqan necə olacaq? Xalqın ən layiqli nümayəndələrinin vətəndaşların həyatını yaxşılaşdıraraq, öz mövqelərini çatdıra biləcək yer, ya da dəyişliklər sürücüsü ola biləcəkmi? Yoxsa əksinə, bu islahatlara əngəl olacaq və tamamilə ədalətli olaraq Respublika Prezidenti tərəfindən buraxılmıış əvvəlki parlamentin taleyi onu da gözləyirmi?
Bu sualın cavabı hər birimizdən asılıdır! Ölkəmizin gələcəyi Azərbaycan xalqının parlamentə hansı nümayəndələri seçəcəyindən asılıdır. Bu müraciətdə sizi məhz mənə səs verməyə çağırmıram: seçkidə iştirak edən çox sayda layiqli namizəd var. Mən sizi seçkilərə laqeyd qalmamağa çağırıram!
Seçkilər xalqın iradəsinin ifadəsidir. Buna görə də səsvermənin istənilən nəticəsini məmnuniyyətlə qəbul edəcəyəm. Amma Azərbaycan vətəndaş fəallığımızı tələb edir. Seçkilərdə səs vermək - himn ifa etmək və ya dövlət bayrağımızı asmaq kimi vətənpərvərliyin təzahürüdür.

Niyə hər kəsin iştirakı vacibdir? Müşahidəçilərimiz bütün məntəqələrdə seçkiləri və səslərin sayılmasını izləyəcəklər. Lakin biz düşmənlərimizə seçkilərin saxtalaşdırılması və vətəndaş fəallığının aşağı olduğu barədə uydurma bəyanat etmək üçün heç bir şans verməməliyik. Buna görə hər bir azərbaycanlının səsi vacibdir!
Seçki məntəqənizin harada olduğunu əvvəlcədən yoxlayın, özünüzü seçici siyahılarında yoxlayın və ən başlıcası bazar günü seçki məntəqələrinə gəlin. Suraxanı rayonu və bütün Azərbaycan səsimizi eşitməlidir. Gəlin birlikdə elə edək ki, seçkilər səs-küylü və əminliklə keçsin!