Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarşılarında Sahib Aliyev yox, özləri ağılda adam olsa..." - Video

95 saylı Tərtər seçki dairəsindən Sahib Alıyevin deputatlığa namizəd olması etirazlarla müşaiyyət olunub. Sosial şəbəkədə yayılan videoda iclas zalına toplanmış bir qrup insan yüksək səslə etiraz edərək “İş günü ola -ola Azərbaycan müəllimini bura gətirənlərə ar olsun” deyə səsləniblər. Deputatlığa namizəd və Tərtər rayonundan artıq 3-cü dəfə namizədliyini irəli sürən Sahib Alıyev isə bu hay-küyə çox da fikir verməyərək,”keçin yerinizdə oturun” deyir və öz kampaniyasına davam edir.

Sosial şəbəkə istifadəçiləri müəllimlər zorla namizədlərlə görüşə aparan təşkilatçının Tərtər Rayon İcra Hakimiyyəti olduğunu bildiriblər.

Sahib Alıyev Sahib Alıyev

Deputatlığa namizəd Sahib Aliyev Bizimyol.info-ya verdiyi açıqlamada bildirb ki, bu videoda görülən faktlar təxribatdır və namizədliyini irəli sürmüş bir neçə nəfərin törətdiyi işdir.

“Pənah Məmmədov, Şəhriyar və adlarını bilmədiyim daha bir neçə namizəd var. Onlar görürlər ki, mənimlə rəqabət aparmağa nə intellektləri, nə də siyasi gücləri yoxdur, belə savadsız , mədəniyyətsiz addımlar atırlar. Sual verirəm, onların qarşısında Sahib Aliyev yox, elə özləri ağılda adam olsa nə edərdilər? Qan tökülməzdimi? Bu işlərə niyə nəzarət etməli olan qurumlar susqun oturublar, reaksiya vermirlər?”- deyən Sahib Aliyev bildirdi ki, İcra Hakimiyyətinin ona dəstək verməsi barədə yayılan iddialar tamamilə əsassızdır.

“Əgər mənə dəstək verilirdisə, niyə bu hay-küy mənim seçicilərimlə görüşdə baş verir? Mənim bu rayonda üzüm ağ, alnım açıqdır, kimsə deyə bilməz mən burda obyekt tikdirmişəm, ya bir sot torpaq almışam. İki dəfə bu insanlar məni seçiblər. Istəməsələr görüşlərimə gəlməzlər. Kimisə məcbur görüşümə gətirmirəm, əksinə özüm ev- ev gəzib seçicilərimlə görüşürəm”.

Sahib Aliyev başqa bir məqama da toxunaraq qeyd edib ki, onun seçki kampaniyasına mane olmaq istəyən şəxslər digər namizədlərin vəkilləridir.

“Bu harda görünüb ki, bir namizədin vəkili durub getsin başqasının seçki kampaniyasında qalmaqal yaratsın. Bu biabırçılqıdır. Mən MSK-nın seçkiləri şəffaf keçirəcəyinə inanıram. Amma bu kimi hallara nəzarət olunmalı, qanunları pozanlar cəzalandırılmalıdırlar”.

Məsələylə bağlı Tərtər rayon İcra Hakimiyyətinin başçısının müavini Ramiz Şabanovla əlaqə saxladıq. Eyni zamanda YAP Tərtər rayon təşkilatının sədri olduğunu söyləyən Ramiz Şabanov qeyd etdi ki, İcra Hakimiyyəti seçki məsələlərinə qətiyyən qarışmır.

“Kim ki qarışır deyir, onu deyən iftira atır, gözünün içinə kimi yalan deyir. Tərtərdən 12 namizdə var, onlardan da ən layiqlilərindən biri Sahib Aliyevdir. YAP partiya olaraq İlqar Əsədovun namizədliyini irəli sürüb. Mən dəstəkləyən olsam öz namizədimizi dəstəkləməliyəm də. Biz hamıya eyni imkanları yaratmışıq. Rayonun stadionunda və Mədəniyyət Mərkəzinin iclas zallarında namizədlər öz seçiciləri ilə görüşə bilirlər. Dəstək olaraq yalnız onlara yer ayırmışıq. Qalanı öz işləridir, kimə səs verəcək, xalq özü bilər.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »