Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azyaşlıya təcavüz edənin məhkəməsi başa çatıb

Ali Məhkəmədə seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən V.İ.-nin barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.İ. 12 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, V.İ. öz cinsi ehtirasını təmin etmək məqsədilə 2017-ci ilin sentyabr ayından 2018-ci ilin iyun ayının əvvəllərinədək olan müddət ərzində müxtəlif vaxtlarda günorta saatlarında yaşadığı Bakı şəhəri, Nəsimi rayonu ərazində yerləşən mənzilin otağında 2010-cu il təvəllüdlü F.F-nı (ad, soy ad şərti) iradəsinə zidd olaraq, köməksiz vəziyyətindən istifadə edərək, onu divanın üstündə uzadıb, paltarını soyundurub.

O, bu barədə kiməsə məlumat verəcəyi təqdirdə azyaşlıya zor tətbiq edəcəyi ilə hədələyib.

Azyaşlı qızın valideynləri bu barədə bildikdən sonra polisə müraciət edib.(oxu.az)

Paylaş »
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Masallı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »