Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pyotr Tolstoy: "Azərbaycan AŞPA-nın hədəfində olan ölkələrdən biridir"

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hədəfində olan ölkələr var. Azərbaycan da onlardan biridir”.

Bunu Rusiya Dövlət Dumasının vitse-spikeri, Rusiyanın AŞPA-dakı nümayənə heyətinin rəhbəri və AŞPA-nın vitse-spikeri Pyotr Tolstoy deyib.

“Nə qədər ki, Rusiya AŞPA-da yox idi, Azərbaycanı çox tənqid edirdilər. İndi də bunu davam etdirəcəklər. Burada qorxulu bir şey yoxdur, ötüb keçəcək. AŞPA-nın etdikləri tövsiyə xarakteri daşıyır. Əsas məsələ bizim ölkələrimizin suverenliyi və seçicilərimizin iradəsidir”, - deyə P. Tolstoy vurğulayıb.

İki ölkənin nümayəndə heyətlərinin AŞPA-dakı əməkdaşlığından danışan rusiyalı parlamentari münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib: “AŞPA çərçivəsində iki ölkə yaxşı əməkdaşlıq mövcuddur. Ümid edirəm ki, bundan sonra da əməkdaşlığımız inkişaf edəcək”.

Son xəbərlər
Bütün xəbərlər »