Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatlığa namizəd: “Mehman Hüseynova etdiyim pul təklifi qüvvədədir”

Xəbər verdiyimiz kimi bloqçu Mehman Hüseynov Feysbuk səhifəsində 31 saylı Suraxanı seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyevin səs yazısını yayıb. Səs yazısında F.Quliyev M.Hüseynova “Mənə dəstək ver, qarşılığında isə sənə maddi kömək edim. Bu, 10-15 min manat da ola bilər”, – deyib. M.Hüseynov Fərəc Quliyevdən Mərkəzi Seçki Komissiyasına (MSK) və Baş Prokurorluğa şikayət edib.

İddialarla bağlı Fərəc Quliyev Bizimyol.info-ya bildirib ki, o Mehman Hüseynova vəkili olmasını təklif edib və bu təklif indi də qüvvədədir.

Fərəc Quliyev Fərəc Quliyev

“Mehman Hüseynova səsyazısının tam paylaşmağı təklif edirəm. O, səsyazısını montaj edərək paylaşıb. Hər bir deputat öz alternetivinin də dəstəyini almağa çalışır. Mehmana da bu təklif edilib. Onun görüş təbliğat-təşviqat dövründən əvvəl olub. Mən ona vəkilim olmağı təklif etdim, Mehman da xəstəlikdən əziyyət çəkdiyini bildirdi. Biz də xəstəliklə bağlı ona dəstək olmağa hazır olduğumuzu bildirdik. Bunun da rüşvətə aidyyatı yoxdur. Biz ona əl uzatmışıq, o bizə dil uzadıb. O dediklərim indi də qüvvəsindədir. Əgər Mehman namizədliyini geri götürsə, mənim vəkilim ola bilər”,-deyə deputatlığa namizəd bildirib.

Fərəc Quliyev onu da qeyd edib ki, namizədliyimi geri götürmək gündəmdə deyil: “Montajla məşğul olan şəxsin qarşısından çəkilsəydim indiyə kimi meydanda olmazdım”.

Sosial şəbəkə istifadəçilərinin V çağırış Milli Məclisin deputatlarının namizədliyini geri götürməsi çağırışına da Fərəc Quliyev cavab evrib: “Xarici təcrübədə də parlamentin özünü buraxıb növbəti seçkidə iştirak etmək faktları var. Məsələn, İngiltərədə parlament özünü buraxdı, yenidən keçmiş deputatların bəziləri yenidən namizədiyini verdi. Hər yerdə parlamentin özünü buraxması və daha da güclənib yenidən qaytılması ənənəsi vardır.

Bu gün seçkidə iştriak etməyən partiayalar növbədənkənar seçkiləri istəyirdilər. Amma iştirak etmədilər. Siyasətlə məşğulsansa, seçkiyə qatılmalısan. Biz hakimiyyətə gəlməyin başqa yolunu tanımırıq”.

Ramid İbrahimov

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Navalnı Moskvada saxlanıldı
››› İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub
Son xəbərlər
Bütün xəbərlər »