Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əli İnsanov barəsindəki hökmün ləğvini istəyir
Sabiq nazirin apellyasiya şikayəti üzrə proses başladı

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb. Əli İnsanov apellyasiya şikayətində Qaradağ rayon Məhkəməsinin hökmünün ləğv edilməsini istəyir. Hökmə əsasən, Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.

Hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə bildirilib ki, Ə. İnsanov məhkəməyə ərizə ilə müraciət edib və iclasın onun iştirakı olmadan keçirilməsini xahiş edib. Tərəflər buna etiraz etməyib.

Ə. İnsanovun vəkili Ağaveys Şahverdi iclasın məhkəmə istintaqı ilə aparılması, bəzi sübutların əsassız olduğu üçün maddi sübutlar siyahısından çıxarılması, narkotik vasitə saxlanılan qabda və cırdığı iddia olunan aktda Ə. İnsanovun barmaq izinin olub-olmamasını müəyyən etmək üçün ekspertiza keçirilməsi barədə vəsatətlərlə çıxış edib.

Məhkəmə vəsatətləri təmin etməyib. Proses iyunun 22-də davam edəcək.

Əli İnsanova 2016-cı ilin avqutunda Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik maddənin əldə edilməsi və saxlanması), 315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi) və 317. 2.1 (Cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsinə) maddələri üzrə ittiham verilib. .

Əli İnsanov 2005-ci ilin oktyabrında "dövlət çevrilişi" ittihamı ilə həbs olunub. Lakin sonradan ona qarşı külli miqdarda mənimsəmə və ya israf etmə, vəzifəli şəxs tərəfindən məhkəmənin qərarını icra etməmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə saxtakarlığında ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunub və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bu iş üzrə Avropa Məhkəməsinə verilmiş şikayət 2014-cü ilin mart ayında təmin edilib. Avropa Məhkəməsi Əli İnsanovun xeyrinə qərar çıxarıb və ona bəraət verilməsini, eyni zamanda, Azərbaycan hökumətinin 10 min avro cərimə ödəməsi barədə qərar çıxarıb. Ali Məhkəmənin Plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin (AHİM) sabiq səhiyyə naziri Əli İnsanovla bağlı qərarına baxılıb. Plenumun qərarına əsasən Əli İnsanov barəsində Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilib, birinci məhkəmə instansiyanın qərarı isə dəyişdirilməyib və Ə. İnsanov həbsdən azad edilməyib. İş araşdırılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Bakı Apellyasiya Məhkəməsi isə onun barəsində olan hökmü dəyişdirməyib.Əli İnsanovun 11 illik həbs cəzasının müddəti 2016-cı ilin oktaybr ayının 20-də bitirdi.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »