Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kənd camaatı meymunlardan qorunmaq qeyri-adi üsul tapdılar - Foto

Hindistanın Uttar Pradeş ştatının Sikandarpur kəndində maraqlı vəziyyət yaranıb.

Bizimyol.info xəbər verir ki, kənd sakinləri yaşayış məskəninə hücum çəkib uşaqları öldürən 2000-nə yaxın qatil meymundan qorunmaq üçün maraqlı üsula əl atıblar. Onlar ayı paltarı geyinərək kənddə növbə çəkirlər.

Kənd camaatı meymunlardan qorunmaq üçün “ayıya çevrildilər”

“Son zamanlar meymunlar kəndə 150 dəfə hücum etmişdilər. Əsasən uşaqlar onların qurbanına çevrilirdilər. Kənd sakinləri Meşə Departamentinə kömək üçün müraciət etsələr də, problemin həllinə kömək edən olmadı. Qərara aldıq ki, pul toplayıb ayı kostyumu alaq və meymunları ayılarla qorxudaq. Növbə ilə bu kostyumları geyinib keşik çəkirik. Bu üsul işə yarayıb. Ayılar gələndən meymunlar kəndə girməyiblər”- deyə kənd sakini Ram Lalit Verma sosial şəbəkə hesabında yazaraq başqalarını da eyni üsuldan istifadəyə dəvət edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »