Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Ərdoğan: “Hücumların hesabını soruşmağa davam edəcəyik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdəki hücumla bağlı “Türkiyə bu hücumun cavabını qat qat verib, verməyə də davam edir.” deyib.

Bizimyol.info xəbər verir ki, Prezident Ərdoğan Ukraynaya yola düşməzdən əvvəl Atatürk hava limanında keçirdiyi mətbuat konfransında təxminən 40 nöqtənin davamlı əməliyyat hədəfləri arasında olduğunu və bölgədə təyin olunan nöqtələrin həm fırtına özüyeriyən artilleriya qurğusu (Ö.A.Q.), həm də F-16 ilə vurulmağa davam edildiyini söyləyib.

R.T.Ərdoğan saat 06.15-dən etibarən 46 rejim hədəfinə 122 fırtına Ö.A.Q. və 100 minaatanla zərbə endirildiyini vurğulayıb: “Ölkəmizin, millətimizin və İdlibli qardaşlarımızın təhlükəsizliyinin təmini üçün keçirdiyimiz əməliyyatları davam etdirməkdə qərarlıyıq. Bu tərz alçaq hücumlarla Türkiyənin qərarlılığını sınayanlar böyük bir səhv etdiklərini anlayacaqlar.”

Ərdoğan, “Burada biz şəhid verərkən bunlara qarşı səssiz qalmağımız mümkün deyil. Bunun hesabını soruşmağa davam edəcəyik. Nöqtəni qoyulmayacaq, eyni şəkildə əməliyyat davam edir və ilkin məlumatlara görə Suriya tərəfindən təxminən 30-35 nəfər zərərsizləşdirilib”, - dey bildirib.

Ərdoğan Rusiya rəsmilərinə xitabən “Burada qarşı tərəf siz deyilsiniz, tamamilə rejimdir. Bizim qarşımızı kəsmək kimi bir vəziyyət olmasın.” deyib.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »