Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Koronovirus” adlı informasiya müharibəsi - Maraqlı olan qüvvələr var

Koronovirusun dünyaya hücumu davam edir. Hələ ki, nə peyvəndi, nə çarəsi tapıla bilib. İllər öncə bəlkə “Çin dünyanın o başındadır ordan bizə nə, bu bəla bizə çatmaz” deyə bilərdiksə, indi bu kimi fikirləri hətta ən ucqar kəndlərdə belə səsləndirmək mümkün deyil. Dünyanın fərdləri olaraq hamımız bir –birimizə zəncirvari bağlanmışıq. Qorxu, həyəcan, təşviş içərisindən müxtəlif şəhər əfsanələri yaranır.Virusa dair müxtəlif versiyalar səsləndirilir.

Son 30 ildə nəhəng dövlətlər arasındakı mübarizə isə əsasən maliyyə-iqtisadi faktorlar üzərindən aparılır. Yəni rəqib dövlətlər bir-birinin maliyyə-iqtisadi gücünü zəiflətməyə çalışırlar. Bununla beynəlxalq siyasət məkanında qüvvələr nisbətinin nəzarətdə saxlanmasına can atırlar. Koronovirus da Çinə qarşı aparılan böyük zərbə planının bir hissəsi kimi görünür.

Bizimyol.info-nun müsahibi təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıldır.

İlham İsmayıl İlham İsmayıl

“Dünyada indiyə kimi çox viruslar olub və onların törətdiyi faciələr yaşanıb. Avropanın yarısını məhv edən qorxunc epidemiyalar barədə yəqin ki, eşitmisiniz. Lakin indi məsələ bundadır ki, virusla bərabər qorxunc informasiyalar da yaranmaqdadır və informasiya müharibəsi gedir.Bəli virus var, lakin bu söhbətin həddən artıq böyüdülməsi, insanlarda qorxu yaratması bəzi dövlətlərin işinə yarayır və maraqlarına xidmət edir. Məlum məsələdir ki, Çin yüksək inkişaf kursu götürüb və bu informasiyalar Çin iqtisadiyyatına həddən artıq böyük zərbə vurdu. Neft qiymətləri sürətlə aşağı düşdü. İnformasiyanın şişirdilməsi və bunun müntəzəm olaraq gündəmdə saxlanması məlum məsələdir ki hansısa siyasətə xidmət edir. Biz son illərdə “Quş qripi”, “Donuz qripi” həyəcanı ilə qarşılaşdıq. Amma onların heç birinin konkret vətəni yox idi. Koronovirus isə bir başa Çinlə əlaqələndirilir. Düzdür, Çindən gətirilən malların əksəriyyətinin kifayət qədər böyük təhlükəsi var. Tullantılardan hazırlanalan uşaq oyuncaqları, mebellər, paltarlar hamısı təhlükəlidir. Çinlə bütün əlaqələr kəsilib, heç kim getmir, gəlmir, ordan heç kim heç nə almır. Demək ki, bu məsələnin böyüdülməsinin xüsusi xətti var və mən bunu iqtisadi siyasi müharibənin tərkib hissəsi kimi görürəm. Qəsdən törədilmiş bir məsələdir. Çindən qaynaqlandığına görə Çinə qarşı təxribat kimi görünür. Bioloji silahlar həmişə olub və bioloji silahları bəhanə edib Suriyaya, İraqa müharibə elan edilməsi faktları da tarixdə var”.

İllər öncə İŞİD xofu da insanların canına belə üşütmə salmışdı. Sosial şəbəkələrdə qara bayraqlı terrorçuların baş kəsən, insanlığa sığmayan qanlı görüntüləri yayımlanırdı və xərçəng kimi dünyaya yayılmaqdaydı. Hər bir sadə insan ölkəsinin bu bəlaya bulaşacağından qorxurdu.Və İŞİD hansısa ölkədə boy göstərməsin deyə bu təşkilata dövlətlər tərəfindən xüsusi bir maliyyə ayrılamsı barədə ( xərac verilməsi) söhbətlər gəzirdi. Bioloji silahların da terror təşkilatlarının da böyük siyasi oyunların bir parçası olduğunu söyləyən ekspert fikrinə bu şəkildə davam edib:

“Təbii ki, bioloji silahlar da terror təşkilatları da böyük oyunların bir parçasıdır.

Terror təşkilatı bu və ya digər dövlətin əlində təzyiq vasitəsinə çevrilir .İŞİD təbii ki özbaşına yaranmamışdı. Müəyyən bir ideologiyanı əsas götürürlər və onun arxasında güclü bir maliyyə qaynağı qoymaqla qorxunc terror qrupları yaratmaq olur. Bir ara Türkiyəni terror dalqaları bürümüşdü.Terror bilirsinizmi nədir? Atom partladılsa dünya tamamən məhv olar. Amma içəridə olan parı çıxartmaq üçün dövlətlər bir-birlərini terror vasitsi ilə vururlar, onlardan istifadə edirlər. Bir təşkilat uzun müddət bir dövlətin əlində olur, sonra başqalarının da əlinə keçə bilər. Bir zamanlar Ben Laden ABŞ-ın hazırladığı bir adam idi. Əfqanıstanda Sovet İttifaqına qarşı vuruşurdu.Sonradan əksinə oldu. Rusiya və başqa dövlətlərinin dəstəyi ilə ABŞ-a qarşı çevrildi. ABŞ-da onu tutmaq, öldürmək bəhanəsi ilə dünyanın gedaşatına təsir edən qanlı müharibələr törətdi”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »