Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya iqtisadiyyatı dünyanın beş nəhəngindən birinə çevriləcək - Proqnoz

Rusiya ÜDM göstəricisi üzrə Almaniyanı qabaqlayacaq və 2022-ci ildə dünyanın ən böyük beş iqtisadiyyatından biri olacaq.

Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin yeni proqnozunda deyilir.

Proqnoza əsasən, Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, Rusiya hazırda alıcılıq qabiliyyəti pariteti (PPP) baxımından ÜDM-in həcminə görə dünyada 6-cı yeri tutur. Əvvəlki proqnoza görə, Rusiyanın dünyanın ən böyük iqtisadiyyatı siyahısında 6-cı yerdən 5-ci yerə keçmənin 2023-cü ildə baş verəcəyi ehtimal olunurdu.

"İqtisadi artımının sürətlənməsi Rusiyaya alıcılıq qabiliyyəti pariteti üzrə ÜDM-in həcminə görə Almaniyanı geridə qoymağa və 2022-ci ildən başlayaraq dünyanın ən böyük iqtisadiyyatı siyahısında 5-ci yeri tutmağa imkan verəcək", - məlumatda qeyd edilir.

Nazirliyin proqnozuna əsasən, 2021-2022-ci illərdə Rusiyanın ÜDM-i 3,1-3,2%-dək artacağı (2020-ci ildə – 1,9%), 2023-2024-cü illərdə isə artım 3,3% təşkil edəcəyi gözlənilir.(apa)

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »