Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə özünü "Robin Qud" adlandıran naməlum şəxs yenidən pul payladı

Türkiyə mediası adını söyləməyib, özünü Robin Qud kimi təqdim edən sirli qəhərəmandan danışır. Bir neçə gün öncə İstanbulluları heyrətləndirən xeyriyyəçi qəhrəman indi də Trabzonda boy göstərib.

Əsasən suriyalı qaçqınların yerləşdiyi Esentepe məhəlləsinə gələn həmin şəxs uşaqlara hədiyyələr paylayıb, bütün məhəllə sakinlərinin baqqal dükanına olan borcunu ödəyib.

Bundan öncə zəlzələ baş vermiş Elazığa gedən “Robin Qud” şəhər və kəndlərdə evləri zəlzələdə xəsarət almış şəxslərə paket içində pul paylayıb. Onun bəzi məhəllələrdə siqaret çəkənlərə 100, çəkməyənlərə 200 türk lirəsi payladığı da bildirilib.

Dükan sahibi Əmrə Kurt bildirib ki, həmin şəxs adını deməyib, özünü Robin Qud olaraq tanıdıb.“Çoxlu sayda imkansız ailəyə yardım etdi. Nə etdisə, çox gözəl etdi.Allah ehsan kimi qəbul etsin “ deyə o qeyd edib.

İndi Türkiyədə yaşayan yardıma möhtac ailələr ümidlə gözlərini Robin Qudun gəlməsinə dikib, onun yolunu gözləyirlər.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »