Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda partiya yarım milyona yaxın pul topladı

2020-ci il fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 123 namizədlə iştirak edən Yeni Azərbaycan Partiyasının xüsusi seçki fonduna vəsaitlərin daxil olması və xərclənməsinin maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasının rəsmi internet saytında yerləşdirilib.

Bizimyol.info xəbər verir ki, hesabatda xüsusi seçki hesabına 453.300 AZN (dörd yüz əlli üç min üç yüz manat) pul vəsaitinin daxil olduğu göstərilib. YAP İcra katibinin müavini, partiyanın bu seçkilərdə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Siyavuş Novruzovun 27 yanvar 2020-cil tarixdə imzaladığı hesabatda toplanmış yarım milyarda yaxın pulun hara xərclənməsi haqda heç bir məlumat göstərilməyib. MSK-nın saytlnda verilən qeyddən məlum olur ki, YAP xüsusi seçki fonduna 250 manatdan çox “könüllü ianə” verən şəxslərin sayı 200 nəfərdən çoxdur.

Xatırladaq ki, hesabata imza atmış səlahiyyətli nümayəndənin – Siyavuş Novruzovun özü də 5 saylı Şahbuz- Babək seçki dairəsindən deputatlığa namizəddir. Başqa sözlə, seçkilərdə maliyyə məsəlləri ilə məşğul olan cənab Novruzov namizəd olaraq maraqlı tərəfdir, üstəlik Bakıdan çox uzaqda – Naxçıvan Muxtar Respublikasında “seçki kampaniyası” “aparır”.

Onu da qeyd edək ki, YAP-dan başqa seçkilərdə iştirak qərarı vermiş və iştirak edən heç bir partiyanın maliyyə hesabatı MSK-nın saytında yerləşdirilməyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »