Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir seçki qalmaqalı: Xeyir əməlin adı var, özü yox

Sosial şəbəkələrdə Gədəbəyin icra başçısı İbrahim Mustafayevin deputatlığa namizədliyini irəli sürmüş və xeyriyyəçi kimi tanıdılan Rauf Vəliyevə xüsusi münasibət göstərməsi barədə iddialar yer alıb.

Yayılan məlumatlarda deyilir ki, namizdələrin seçicilərlə görüşü zamanı Rauf Vəliyev rayona xüsusi xidmətlər göstərmiş insan, xeyriyyəçi kimi təqdim olunur, hətta illər öncə istifadəyə verilmiş tibb məntəqəsini Rauf Vəliyevin dəstəyi ilə təmir edildiyi deyilir. Yeri gəlmişkən bu tibb məntəqəsinin eni-uzunu cəmi 5 metrdir. Bundan əlavə icra başçısının təbliğat-təşviqat kampaniyalarına büdcədən maliyyələşən adamları topladığı qeyd olunur. Məsələyə Gədəbəy İcra Hakimiyyətindən münasibət öyrənmək istədik.

Gədəbəy namizəd

İcra Hakimiyyətinin sektor müdiri Qabil Muxtarov Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, icra hakimiyyəti seçki proseslərinə qarışımır.

“İcra hakimiyyəti yalnız texniki məsələrlərin həli, seçki məntəqələrinin təşkili məslələrində yardımçı olur. Bu aralar icra başçısı heç bir namizədlə də görüşmək istəmədi ki, bu kimi fikirlər yayılmasın. Şəxsən mən Rauf Vəliyevi tanımıram, xeyriyyəçi olmasından da xəbərim yoxdur. Deyirlər su çəkdirib filan. Bəlkə məndən qabaq olub. Mənim belə məlumatım yoxdur. Biz də sizlər kimi bu məsələləri kənardan izləyirik. Bütün namizədlərə uğur arzulayırıq, layiq olan seçilsin deyirik. Hesab edirəm ki, yayılan məlumatlar qara piardan başqa bir şey deyil”,- deyə o bildirib.

Qeyd edək ki, sosialail şəbəkələrdə aktiv olan gədəbəylilərin əksəriyyəti adı çəkilən namizəd, xeyriyyəçi Rauf Vəliyevi tanımadıqlarını və onun hansı xeyriyyəçiliklə məşğul olmasından bixəbər olduqlarını yazıblar.

İlhamə Rəsulova

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
Son xəbərlər
Bütün xəbərlər »