Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəqibinə pul təklif edən deputatlığa namizədə cinayət işi açıla bilər - Ekspert

Bu il fevralın 9-na təyin edilmiş Milli Məclisinə seçkilərdə namizədliyini qeydə alınmış namizədlərin əksəriyyəti rəqiblerinin xeyrinə namizədliyini geri götürürlər. Bu günlərdə isə bloqçu Mehman Hüseynov Feysbuk səhifəsində 31 saylı Suraxanı seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyevin səs yazısını yayıb. Səs yazısında F.Quliyev rəqibi M.Hüseynova namizədliyini geri götürməsi üçün pul təklif edib. Fərəc Quliyev müzakirələrə səbəb olan səs yazısı ilə bağlı açıqlama verərək M.Hüseynova pul təklifi etdiyini təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, rəqiblərinə pul təklif edən deputatlığa namizədləri ehtiyatlı olmağa çağırıb.

Ələsgər Məmmədli Ələsgər Məmmədli

“Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinə 2011-ci ildə əlavə edilən 312-1.2 maddəyə görə, şəxsə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin təklif olunması, vəd edilməsi və ya verilməsi— cinayət əməli hesab edilir və iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Kimsə düşünə bilər ki, burda “vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək”lə namizədə imtiyaz təklif etməyin nə əlaqəsi var? Bu sualın cavabını da 308-ci maddənin qeyd hissəsində tapmaq olar. Bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: Dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər.

Bunu da vurğulamalıyam ki, Cinayət Prossesual Məcəlləsinin 46-cı maddəsinin tələbinə əsasən, imtiyaz təklif edən şəxsə qarşı Cinayət işinin başlanması üçün səbəb həm də kütləvi informasiya vasitəsinin məlumatları ola bilir”.

Ramid İbrahimov

Paylaş »
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Vaksinasiya ilə əlaqəli qalmaqal: Peyvənddən imtina edənlərə həkimdən açıqlama
››› Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb, bölgələrə qar yağıb
Son xəbərlər
Bütün xəbərlər »