Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günahsız olaraq 43 ilini həbsdə keçirən kompensasiya ala bilməyəcək

ABŞ-ın Florida ştatının sakini günahsiz olaraq 43 il həbsxanada yatdıqdan sonra 2,5 milyon dollar həcmində kompensasiya ala bilmədi.

“The Black Detour” xəbər verir ki, 1976-cı ildə Klifford Uilyams və bacısı oğlu Neten Meyers Ceksonvil şəhərinin sakinini öldürməkdə və onun otaq yoldaşını öldürməyə cəhd etməkdə ittiham ediliblər.

Uilyams və Meyers həbsxanada 43 il keçiriblər.

Bu yaxınlarda onların günahsız olduqları ortaya çıxıb və azadlığa buraxılıblar.

Ştatın qanunlarına görə, günahsız həbsə atılanlar cinayıti törətdiyini sübut edə bilsələr, həsbxanada keçirdiyi hər il qarşılığında 50 min dollaradək kompensasiya ala bilərlər. Neten Meyers 2 milyondan çox kompensasiya ala biləcək.

Lakin dayısı Uilyam Klifforda isə kompensasiya düşmdür.

Qanuna əsasən, kompensasiya məhkumluğu olmayan insana verilə bilər. U.Klifford isə bundan öncə iki dəfə həbsdə yatıb.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »