Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya "Əsrin sazişi"nə qarşı çıxdı

Fələstin-İsrail münaqişəsinin nizamlanması üzrə ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim olunan “Əsrin sazişi”nin bir sıra müddəaları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.

Bizimyol.info Musavat.com-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Dmitri Peskov Dmitri Peskov

Onun sözlərinə görə, Fələstinin və ona həmrəy olan bır sıra ərəb dövlətlərinin reaksiyası ABŞ-ın planının həyat qabiliyyətli olmasını şübhə altına qoyur.

Xatırladaq ki, ABŞ Prezidenti Donlad Tramp bu ilin yanvar ayının 28-də İsrail Baş naziri Benyamin Netanyahu ilə birlikdə təşkil etdiyi konfransda Fələstin-İsrail münaqişəsinin həlli üçün planını açıqlayıb.

“Əsrin sazişi” adlanan sənəd bölgədə iki dövlətin - Fələstin və İsrailin yaradılmasını, lakin Qüdsün İsrailin paytaxtı olmasını nəzərdə tutur. Fələstinlilərə isə şəhərin cüzi bir hissəsində paytaxt “bəxş edilir”.

Bundan başqa planda HƏMAS təşkilatının tərkisilah olunması və Qəzza sektorunun demilitirizasiyası kimi müddəalar yer alıb.

Son xəbərlər
Bütün xəbərlər »