Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın köməkçisi: "Çin ABŞ-ın kömək təklifini hələ də qəbul etməyib"

Rəsmi Vaşinqton yeni növ koronavirusun (2019-nCoV) səbəb olduğu pnevmoniyaya qarşı mübarizə aparmaq üçün Pekinə amerikalı mütəxəssislərin Çinə göndərilməsi təklifini etməkdə davam edir, lakin bununla bağlı hələ də razılıq cavabı alınmayıb.

Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O'Brayen “CBS” televiziya kanalına müsahibəsində deyib.

“Çinə kömək təklifimiz hələ də qüvvədədir, biz Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin, eləcə də digər tibb və səhiyyə sahəsinin mütəxəssislərinin Çinə göndərilməsini təklif etdik. Bu təkliflərlə bağlı hələlik Çindən cavab almamışıq, lakin biz onlarla əməkdaşlığı davam etdirməyə hazırıq”, - Robert O'Brayen belə deyib.

O'Brayen, həmçinin qeyd edib ki, “hazırkı günə qədər Çin hakimiyyəti keçmiş böhranlar zamanı olduğundan daha səmimi şəkildə davranıblar”: “Biz bunu yüksək qiymətləndiririk”. (Apa.az)

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »