Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş SSRİ respublikası Rusiyanı saxtakarlıqda ittiham edir

Avropanın bir sıra ölkələri Rusiyanı özü üçün təhlükə sayır. Estoniya bu mənada xüsusi fərqlənir.

Bizimyol.info xəbər verir ki, Keçmiş SSRİ respublikası Rusiyanı saxtakarlıqda ittiham edir. Estoniyanın xarici işlər naziri Urmas Reynsalu bu ruhda fikir söyləyib.

Urmas Reynsalu Urmas Reynsalu

Rəsmi Tallin Rusiyanı Tartu müqaviləsinin şərtlərinə məhəl verməməkdə qınayır. Reynsalu Rusiyanın təcavüz siyasəti yürütdüyünü bildirib.

Estoniya-Rusiya sərhədi 2005-ci ildə 11 illik danışıqlardan sonra rəsmi təsdiqini tapmışdı. Bunu 2014-cü ilin fevralında hər iki ölkənin xarici işlər nazirlikləri razılaşdırmışdı. Parlamentlərin ratifikasiyası gözlənilirdi. Lakin boşluqlar hələ də qalır. Rusiya SSRİ dövründə ələ keçirilən torpaqların geri qaytarılmasının əleyhinədir. Estoniya tərəfi isə Tartu müqaviləsinə əməl olunmasını istəyir.

Müqavilə 1920-ci il devralın 2-də imzalanmışdı. 1940-cı ildə Estoniya SSRİ-nin tərkibinə keçəndə mübahisəli ərazilər də Rusiya Sovet Sosialist Respublikasının sərhədləri daxilinə ötürülmüşdü. İndi Kreml deyir ki, Tartu müqaviləsi hüququ qüvvəsini itirib.

Son xəbərlər
Bütün xəbərlər »