Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BƏƏ-dən Haftara 3 min tonluq hərbi yardım

Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) Liviya Milli Ordusunun rəhbəri marşal Xəlifə Haftara külli miqdarda silah yardımı edib.

Bu barədə Fransada kəşfiyyat məlumatları yayan “İntelligence Online” qəzeti xəbər verib.

Qəzetin məlumatına görə, BƏƏ şahzadəsi Məhəmməd bin Zayed Haftara son iki həftə ərzində 3 min ton hərbi təchizat verib.

“Əbu Dabi vəliəhd şahzadəsinin iki həftə ərzində Haftara verdiyi yardım il ərzində etdiyi dəstəyə bərabərdir”, - qəzet yazıb.

Qeyd edək ki, Türkiyə Prezideti Rəcəb Tayyib Ərdoğan da BƏƏ-nin Haftara böyük dəstək verdiyini bir neçə dəfə bəyan edib. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »