Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Asiya ölkəsi Çindən gələnləri təyyarədən düşən kimi dərmanlayır - Video

Koronavirusa yoluxma sayı 23 ölkədə qeydə alınıb. Hətta uzaq ABŞ-da da virusa yoluxanlar tapılıb.

Bizimyol.info xəbər verir ki, Çini nəzərə almasaq, daha çox Asiya ölkələri zərər görür. Artıq Filippində bir nəfər koronavirusun qurbanı olub. Yaponiyada, Tailandda xəstələrin sayı artır. Avstraliya, Yeni Zelandiya və İtaliyadan başqa, Asiya dövlətlərindən Yaponiya, Pakistan və Monqolustan qapılarını çinlilər üçün bağlayıb.

İndoneziya hələ koronavirus tələsinə düşməyib. Amma bu Asiya dövlətində çox narahatdırlar. İndoneziyada Çindən gələnləri təyyarədən düşən kimi dərmanlayırlar. “Twitter”də paylaşılan videoda proses aşkar görünür. Vuhan şəhərindən təxliyə olunanlar pilləkənlərdən düşən kimi dezinfeksiya edilirlər. Onların hamısı maskadadır və gələnlərin arasında eynəkdə gəzənlər də var. Bəzi sərnişinlərin üzərinə bu formada dərman səpilməsi ürəyincə deyil. Amma etiraz etmək iqtidarında olmadıqları görünür. Sərnişinlərin bir neçəsi can-başla dezinfeksiya prosesinə razılaşırlar.

Son xəbərlər
Bütün xəbərlər »