Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: "Azərbaycan da olsa, eynisini edərdi"

“Vətəndaşlarımızı təxliyə edərkən can qardaşlarımızı orada qoya bilməzdik”.

Bunu bu gün Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” sosial şəbəkəsindəki səhifəsində koronavirusla əlaqədar Çinin Uhan şəhərindən Türkiyə, Azərbaycan və Gürcüstan vətəndaşlarının təxliyyəsi ilə əlaqədar yazıb.

M. Çavuşoğlu bildirib ki, Azərbaycan da olsa, eynisini edərdi: “Can Azərbaycana canımız fəda!”.

Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 21.12-də Çinin Uhan şəhərində aralarında Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyyəsini həyata keçirən Türkiyənin “Koca Yusuf” ambulans-təyarəsi Ankaradakı Etimeskut Hava və Hərbi Hava Qüvvətləri Qurumlarının aeroportuna enib. Türkiyə Səhiyyə Nazirliyinin yaratdığı karantin şəraiti daxilində “Koca Yusuf” sərnişinləri və təyyarədki digər heyət 17 xüsusi ambulansla Ankarada Zəkai Tahir Burak xəstəxanasına çatdırılıb. Çindən təxliyə edilənlər və tibbi-texniki heyət xəstəxanada öncədən hazırlanmış şəraitə uyğun xüsusi şəkildə izolyasiya olunmuş fərdi otaqlarda yerləşdirilib.

Çindən təxliyə olunanların heç birində koronavirus (2019-nCoV) ölümcül virus aşkarlanmayıb. Karantində saxlanılan şəxslər 14 gün ərzində hər 3 gündən bir təkrar müayinədən keçiriləcək. (Apa.az)

Paylaş »
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› Xırdalanda evdə partlayış olub, iki nəfər dağıntılar altından çıxarılıb - Video
Son xəbərlər
Bütün xəbərlər »