Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çinin hüdudlarından kənarda koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Çinin hüdudlarından kənarda - Filippində 2019-nCoV koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.

Bu barədə Dünya Səhiyyə Təşkilatının Filippin şöbəsinin “Twitter” səhifəsində məlumat verib.

“Filippində 2019-nCoV virusuna yoluxan ikinci şəxs olan 44 yaşlı kişi fevralın 1-də ölüb”, - deyə məlumatda bildirilir.

Çində 2019-nCoV koronavirusuna yoluxanların sayı 13,8 min, ölənlərin sayı isə 304 nəfərə çatıb.

Xatırladaq ki, Çin hökuməti 2019-cu ilin dekabr ayının sonunda Uxan şəhərində 2019-nCoV pnevmoniya virusunun səbəb olduğu epidemiyanın baş qaldırdığını bildirmişdi. Karantinə bağlanmış 11 milyonluq sənaye mərkəzində minlərlə əcnəbi var. ABŞ və Yaponiya da daxil olmaqla, xarici ölkələr xüsusi reyslərlə öz vətəndaşlarını təxliyyə edirlər. (Oxu.az)

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »