Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfir Xəzər İbrahim Çindən gətirilən Azərbaycan vətəndaşları ilə danışıb, səhhətləri normaldır

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Çinin Uhan şəhərindən Ankaraya enən təyyarədəki vətəndaşlarımızla telefon əlaqəsi saxlayıb.

Bu barədə  Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumata verilib.

Azərbaycan vətəndaşları səhhətlərinin normal olduqlarını bildiriblər.

Qeyd edək ki, Çinin Uhan şəhərində aralarında Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyyəsini həyata keçirən Türkiyənin “Koca Yusuf” ambulans-təyarəsi yerli vaxtla saat 21.12-də Ankaradakı Etimeskut Hava və Hərbi Hava Qüvvətləri Qurumlarının aeroportuna enib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »