Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çindən təxliyə edilən Azərbaycan vətəndaşları Türkiyəyə çatıb - Video

Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən təxliyyə edilən Azərbaycan vətəndaşları artıq Türkiyəyə çatıb.

Azərbaycan vətəndaşlarını gətirən “Koca Yusuf” ambulans-təyyarəsi Türkiyənin paytaxtı Ankaranın Etimesgud Hava Limanına enib.

Sərnişinlərə xüsusi forma geyindirilib. Onların təcili tibbi yardım avtomobilləri ilə hava limanından birbaşa Ankara şəhər xəstəxanasına daşınmasına başlanılıb. Karantində saxlanılacaq şəxslər üçün ayrı otaqlar hazırlanıb.

Qeyd edək ki, Uhan şəhərində 7 nəfər Azərbaycan vətəndaşı olub. Onlar əsasən tələbələrdir.(report)

Son xəbərlər
Bütün xəbərlər »