Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatlığa namizəd qəzaya düşüb: "Göz dəydi"

Deputatlığa namizəd Nazim Bəydəmirlinin avtomobili Gədəbəy rayonu ərazisində aşıb.

Bizimyol.info xəbər verir ki, N.Bəydəmirli bu barədə öz sosial şəbəkə hesabında yazıb.

Nazim Bəydəmirli

Keçmiş deputatın avtomobilinə ciddi ziyad dəysə də, özü və maşında olan sərnişinlər qəzadan xəsarət almadan qurtarıblar: "İsalı kəndindən görüşdən qayıdarkən Fərzalı kəndində yüngül qəza keçirdik, bu səbəbdən Zamanlı, Mor-Mor, Göyəmli kəndlərindəki görüşlərimizi təxirə salmalı olduq", - deyə o bildirib.

N.Bəydəmirli: "Deyəsən, xalqımız demiş "göz dəydi",-  zarafatı ilə qəza xəbərinin o qədər də böyüdülməməsinə işarə  edib.

Deputatlığa namizəd: "Sabahdan görüşlərimiz davam etdiriləcək. Millətimizin yolunda ölümə də hazır olmalıyıq. Biz fəaliyyətimizlə qələbəni çoxdan təmin etmişik, rəsmiləşdirmək isə dövlətin işidir. İstəsə rəsmiləşdirəcək, istəməsə yox, bu sadə həqiqəti isə hamı bilir", - deyə bildirib.

Qeyd edək ki, Nazim Bəydəmirli 104 saylı Gədəbəy - Tovuz seçki dairəsindən deputatlığa namizəddir. O, 2005 - 2010-cu illərdə  bu dairədən Milli Məclisin deputatı olub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »