Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zirə"nin baş məşqçisi: "Hələ Avropa kubokları barədə düşünmürük"

"Qış fasiləsində müəyyən transferlər etdik. Bu gün 5 yeni futbolçumuz meydanda idi. Oyunumuzun daha da yaxşılaşması üçün vaxt lazımdır. Nəticə bizi qane etdi. Əsas odur ki, 3 xal qazandıq".

Bunu "Sabah" komandasının baş məşqçisi Zaur Həşimov evdə "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis Avropa kubokları barədə düşünmədiklərini bildirib: "Qarşımıza belə məqsəd qoymuşuq ki, hər matça maksimum güclə yanaşaq. Buna oyundan-oyuna yanaşırıq".

Həşimov Şafik Tiqrucanın heyətdə yer almamasının səbəbini də açıqlayıb: "Onun olmaması rəqabətlə bağlı deyildi. Rəqibin orta xəttindəki oyununa görə belə qərar qəbul etmişdik ki, müdafiəyəmeylli futbolçularımız daha çox olsun".(report)

Son xəbərlər
Bütün xəbərlər »