Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seçki lövhəsinə seçicilərin əleyhinə reklam kağızları yapışdıran şəxs cəzalandırılıb

Özünü Həqiqət Sosialist Hərəkatın üzvü kimi təqdim edən Ənvər Cəlilov Xətai rayonu ərazisində qanunverciliyin tələblərini pozduğuna görə saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, onun yanvarın 30-da rayon ərazisində yerləşən məktəblərin birinin qarşısında seçki lövhəsinə seçicilərin əleyhinə olan reklam kağızları yapışdırmaqla ictimai qaydanı pozması müəyyən olunub.

Vətəndaş müvafiq olaraq, ərazi üzrə polis bölməsinə gətirilməklə əməlinin hüquqa zidd olması ona izah olunmaqla, barəsində İnzibati Xətallar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.

Onun əməllərində inzibati xətanın tərkib elementləri olduğundan qanunverciliyə uyğun olaraq müvafiq tədbir görülməklə sərbəst buraxılıb.(apa)

Son xəbərlər
Bütün xəbərlər »