Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis narkotacirləri saxlayıb

Balakəndə narkotik alverçiləri tutulub.

Bizimyol.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verilib.

Məlumatda bildirilir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, 27 yaşlı Anar Qarayev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman kiçik ölçülü sellofan torbada psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb.

A.Qarayevin ətrafında aparılan araşdırmalarla ona həmin psixotrop maddəni satan şəxslərin Gəncə şəhər sakinləri 29 yaşlı Natiq Cəfərov və 30 yaşlı Fuad Əmiraslanov olduqları müəyyən olunub. Onlar da şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. N.Cəfərov və F.Əmiraslanovun metamfetamini 500 manata Anar Qarayevə satdıqları, ondan isə 60 manata narkotik vasitə olan heroin aldıqları müəyyənləşib.

Faktla bağlı saxlanılan şəxslər barəsində Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər
Bütün xəbərlər »