Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Fənərbağça"nın futbolçusu "Qarabağ"la anlaşıb

Türkiyənin "Fənərbaxça" klubunun futbolçusu Alper Potukun karyerasını "Qarabağ"da davam etdirəcəyi ilə bağlı iddialar gerçəkləşmək üzrədir.

"Milliyet" qəzetinin verdiyi məlumata görə, Azərbaycan təmsilçisi 28 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa çox yaxındır.

Artıq tərəflər arasında danışıqların baş tutduğu və bəzi məsələlərdə razılıq əldə olunduğu bildirilib. Xəbərdə Ağdam təmsilçisinin bu transferi gerçəkləşdirməsi üçün təzminat haqqını ödəyə bilməyəcəyi və bu səbəbdən, türkiyəli futbolçunu icarəyə götürmək istədiyi yazılıb. Bildirilir ki, "Fənərbağça" Alperi "Rizəspor"a icarəyə vermək istəsə də, futbolçunun özünün "Qarabağ"da oynamaq niyyətindədir.

Qeyd edək ki, 2013-cü ildən "sarı-lacivərdli" formada çıxış edən Alper Potuk keçirdiyi 152 oyunda 12 qol vurub.(report)

Son xəbərlər
Bütün xəbərlər »