Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda sərnişin təyyarəsi eniş edərkən ön şassisi sınıb

Bu gün səhər "IranAir" Hava Yolları Şirkətinə məxsus Airbus sərnişin təyyarəsi qəzaya uğrayıb.

Bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Rza Cəfərzadə deyib.

Onun sözlərinə görə, Tehran-Kirmanşah təyyarəsi Kirmanşah aeroportunda eniş edərkən ön təkərdə nöqsan yarandığına görə zolaqdan çıxıb.

Cəfərzadə əlavə edib ki, qəzada kimsə yaralanmayıb və 102 sərnişin, 8 nəfərlik ekipaj heyəti aeroporta nəql olunub.

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı 11 yanvar səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.

Əlavə edək ki, 27 yanvarda da İranın Xuzistan vilayətində İranın Caspian Hava Yollarına məxsus Boeing sərnişin təyyarəsi eniş zolağından çıxaraq qəzaya uğrayıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb. (trend)

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
Son xəbərlər
Bütün xəbərlər »