Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın malikanəsinin yaxınlığında baş verən hadisədə müğənni həbs edilib

ABŞ-da prezident Donald Trampın Floridadakı malikanəsinin olduğu qapalı zonaya avtomobilin qanunsuz girişi ilə əlaqədar opera müğənnisi həbs edilib.

Bu barədə yerli “The Palm Beach Post” qəzeti bildirib.

Məlumata görə, şübhəli şəxs Xanna Remxilddir. O, müğənnidir və Konnektikut ştatında yaşayır. Müğənni Floridaya çıxış üçün gedib. Xanna Remxildə qarşı terrorizmlə bağlı ittihamların irəli sürüləcəyi gözlənilir.

Dövlət başçısının mühafizəsinə cavabdeh olan yerli polisin və ABŞ-ın Məxfi Xidmətinin nümayəndələri mətbuat konfransında bildiriblər ki, Remxild öz avtomobilinin damında rəqs etməsi və özünü qeyri-adi aparması ilə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.

Asayiş keşikçiləri onunla danışmağa səy göstərəndə qadın avtomobilinin qapısını bağlayıb və getməyə çalışıb.

Onu təqib edən polisdən gizlənən qadın Mar-a-Laqoda iki nəzarət buraxılış məntəqəsindən yüksək sürətdə keçib. Qadın sonra yol kənarındakı mehmanxanaya gedib və orada saxlanılıb.

ABŞ-ın Məxfi Xidmətinin əməkdaşları və polislər Remxildin maşınına atəş açıblar. Lakin hadisə zamanı heç kim xəsarət almayıb. İnsident zamanı avtomobildə daha bir qadın da olub. Lakin polis onu həbs etməyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları güman edirlər ki, Remxild Trampın malikanəsinə yaxın olduğunu bilməyib. Hadisə ABŞ lideri Mar-a-Laqoda olmayan vaxt baş verib. Tramp cümə günü axşam saatlarında malikanəyə gəlib.(report)

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »