Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qalmaqallı deputatın oğlu və qohumları həbsdən çıxdı

Deputat İqbal Məmmədovun ötən ilin avqust ayında Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində dövlət məmurlarının döyülməsinə görə həbs edilən oğlu Mirhəmid, qardaşı oğlu Orxan, bacısı oğlu Pərviz və onların dostları azadlığa buraxılıblar.

Məhkəmənin hökmü ilə onların hər birinə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıblar.

İttihama görə, Vergilər Nazirliyinin əməkdaşları İqbal Məmmədova məxsus “Relax”da yoxlama aparmaq üçün ora yollandıqda müqavimətlə rastlaşıblar. Daha sonra əraziyə polis əməkdaşları da cəlb olunub. Lakin Orxan Nərimanlı və obyektin mühasibi Famil İmanov vergi əməkdaşlarına yoxlamanın keçirilməsinə imkan verməyəcəklərini bildiriblər. Deputatın oğlu Mirhəmid Nərimanlı isə əlində tutduğu ratsiya ilə mühafizə xidmətinin rəisi Rahim Şahverdiyev, mühafizəçi Amir Abbasov və digər işçilərə göstəriş verib ki, vergi əməkdaşları binadan çıxarılsın və içəri buraxılmasınlar. M.Nərimanlı bu göstərişinin icra olunmasına şəxsən nəzarət edərək saat 19 radələrinədək onları içəri buraxmayıb.

Relax istirahət mərkəzi

Bu zaman vergi əməkdaşları əraziyə Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarını çağırıblar. Daha sonra isə onlar vergi və polis əməkdaşlarının üzərinə hücum edərək yumruq, təpik və daş parçaları ilə zərbələr vurublar.

Xatırladaq ki, Mirhəmid Nərimanlı, Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rahim Şahverdiyev və Amil Abbasov fakt üzrə saxlanılmışdılar. Onlara Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olan) və 315.2 (dövlət məmuruna qarşı həyat və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham verilmişdi. (qafqazinfo)

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »