Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada koronavirusa yoluxanların sayı 8 nəfərə çatıb

Almaniyada ilk koronavirusa yoluxma halının qeydə alındığı yerli “Webasto” şirkətində xəstəliyin daha iki daşıyıcısı aşkar olunub.

“RİA Novosti” xəbər verir ki, belə olan halda Almaniyada bu virusa yoluxanların sayı 8 nəfərə çatıb.

Bundan əvvəl 6 nəfərin koronavirusa yoluxduğu deyilirdi. Onlardan beşi “Webasto” şirkətinin Bavariya bölgəsi üzrə əməkdaşı, bir nəfər isə yoluxanlardan birinin azyaşlı övladı idi.

“Avtomobil tədarükü ilə məşğul olan “Webasto” şirkətində daha iki işçi koronavirusa yoluxub. Söhbət bir alman və bir çinli əməkdaşdan gedir. Beləcə, virusa yoluxan işçilərin sayı yeddiyə çatıb, onlardan beşi Almaniya, ikisi isə Çin vətəndaşıdır”, - deyə şirkətin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bununla belə, “Webasto”nun 122 əməkdaşı üzərində koronavirusla bağlı aparılmış yoxlamalar müsbət nəticə verib, onların yoluxmadığı üzə çıxıb. Digər yoxlamalar hələ hazır deyil.(apa)

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Vaksinasiya ilə əlaqəli qalmaqal: Peyvənddən imtina edənlərə həkimdən açıqlama
Son xəbərlər
Bütün xəbərlər »