Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa ABŞ-la 32 ədəd "F-35"-lərin alınmasını nəzərdə tutan müqavilə imzalayıb

Polşanın hakimiyyət orqanları beşinci nəsil "F-35" qırıcı-bombardmançı təyyarələrinin alınmasına dair ABŞ-la müqavilə imzalayıb.

"CNN" xəbər verir ki, imzalanma mərasimində ölkə Prezidenti Anjey Dudanın da iştirak etdiyi müqaviləyə əsasən, Polşa ABŞ-dan 32 ədəd "F-35" təyyarəsi alacaq.

Polşa Müdafiə Nazirliyinin məlumatına görə, sazişin dəyəri 4,6 milyard dollar, bir təyyarənin qiyməti 87 milyon dollardır. Müqavilə, həmçinin pilotların təlimini, simulyatorlar çatdırılmasını, logistik dəstəyi nəzərdə tutur. İlk qırıcılar ölkəyə 2026-cı ildə çatdırılacaq. Pilotların təliminə isə 2024-cü ildə ABŞ-da başlanması planlaşdırılır.

Hazırda Polşa hərbi hava qüvvələrinin arsenalında 27 ədəd "MiQ-29", habelə 48 ədəd "F-16" və 18 "Su-22" qırıcı təyyarələri var. Çoxməqsədli döyüş təyyarəsi olan "F-35" nüvə silahı daşımağa da qadirdir.(apa)

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
Son xəbərlər
Bütün xəbərlər »