Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ümid Partiyasının nümayəndəsi saxlanılıb
Bu gün günorta saatlarında Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Xurmanaz Eyvazova Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb. ATƏT-in nümayəndələri dərhal polis idarəsinə gediblər.

Partiyanın sədr müavini Elman Abbasovun sözlərinə görə, polis idarəsi qanunsuz əməlini öncə gizlətsə də, sonradan etiraf etməyə məcbur olub:

"Öncə bizə dedilər ki, biz heç kimi saxlamamışıq. ATƏT nümayəndələri, media işçiləri gələndən və bizim qaynar xəttə zəngimizdən sonra nümayəndəmizin orada olduğunu bildirdilər. Hətta onunla görüşümüzə icazə verməyərək niyə saxladıqlarını da izah etmədilər. Biz düşünürük ki, polisin bu addımı İqbal Ağazadənin seçki prossesini pozmaq məqsədi daşıyır. Ancaq onlar sevinməsin, bizi belə çirkin addımlarla yolunuzdan döndərə bilməzlər, əksinə, bu addımlar bizi daha da iradəli, daha da güclü və daha da mübariz edir".

Qeyd edək ki, Ümid Partiyasının səlahiyyətli nümayəndəsi az öncə sərbəst buraxılıb və hazırda öz evindədir. Niyə saxlanıldığı haqqında isə polis idarəsi tərəfindən heç bir məlumat verilməyib.

Son xəbərlər
Bütün xəbərlər »