Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ruhlar şəhərində adi görüntü: küçədə ölürlər, yaxınlaşan olmur - Foto, Video
Koronavirus

İndi Çinin Vuhan şəhərini dünyanın hər yerində tanıyırlar. Ruhlar şəhərindən yayılmağa başlayan koronavirus zamanla planeti daha çox qorxudur.

Bizimyol.info xəbər verir ki, Vuhan şəhərində vahiməli, elə bu qədər də kədərli hadisələr baş verir. Qərb fotoqraflarının çəkdiyi şəkillərdə insanların küçədə yerə yıxılandan sonra heç kimin həmin şəxslərə yaxınlaşmadığı görünür. Hamı virusa yoluxmaqdan qorxur.

Son yayılan fotoda böyük ehtimalla koronavirusun axırıncı qurbanı gözə dəyir. Maskalı insan küçənin ortasında yerə yıxılıb. Onun yanından piyada, velosipedlə adamlar keçir. Amma heç kim yaxınlaşmağa cürət etmir.

Ruhlar şəhərində adi görüntü: küçədə ölürlər, yaxınlaşan olmur - Video

Ümumiyyətlə, Vuhanda epidemiyanın nəyə qadir olduğunu çox yaxşı anlayırlar. Kimsə yerə yıxılıbsa, deməli, söhbət həmin şəxsin canını tapşırmasından gedir.

Vuhanda ilk dəfə koronavirus keçən ilin dekabrın 12-də qeydə alınmışdı. Son məlumata görə, virusa yoluxanların sayı 10 min nəfəri keçib, 213 çinli həyatını itirib.

Paylaş »
››› "İdarə olunan terror” və ya ən gec yoluxan ən şanslı olacaq - Video
››› Koronavirusla mübarizə aparan həkimlər “Yanıq kərəmi”nə rəqs etdilər – Video
››› Operativ Qərargah: “Bütün qaydalara riayət olunsa, 2 həftədən sonra müsbətə dönüş başlaya bilər”
››› Rusiyadan neft açıqlaması
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »