Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda hər yeri, hamını tüstü ilə dezinfeksiya edirlər

Türkmənistanda koronavirusa görə çox narahatdırlar. Virusa yoluxmamaları üçün ölkədə az qala hər yeri, hamını dezinfeksiya edirlər.

Bizimyol.info xəbər verir ki, Türkmənistanda mikrobların zərərsizləşdirilməsi tədbirləri üçün dəvətikanından istifadə olunur. Bu bitkini yandıraraq tüstüsünü hər yerə yayırlar. Hətta insanlara da bu tüstüdən verirlər.

Məktəblərdə, uşaq bağçalarında, xəstəxanalarda profilaktik tədbirlər görülür. Sahə həkimlərinə ciddi tapşırıq verilib. Bütün evlər dəvətikanı tüstüsü ilə dezinfeksiya olunmalıdır.

Türkmənistan hökuməti bu tədbirlərin nəyə xidmət etməsi haqda rəsmi açıqlamadan yayınır. Amma həkimlər qeyri-rəsmi söhbətdə məhz koronavirusa görə belə addım atıldığını etiraf edir.

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov xalq təbabətinə böyük əhəmiyyət verir, bu haqda kitablar yazır. Onun kitablarında dəvətikanı xüsusi yer tutur.

İndiyə qədər koronavirusa 10 mindən çox insan yoluxub, 200 nəfərdən artıq adam tələf olub. Virusun qeydə alındığı ölkələrin sayı 20-yə çatıb.

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
››› Ukraynanın Rusiya ilə atəşkəsə dair şərti açıqlanıb
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »