Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çinə sevgilisinə qonaq gəldi, virusun episentrində ilişib qaldı - Foto

Avstraliyanın Ulladalla şəhər sakini Tim Maklin Çinə sevgilisinə qonaq gəlməklə özünü çətin vəziyyətə salıb. O, koronavirusun episentri sayılan Hubey vilayətində ilişərək qalıb.

Bizimyol.info xəbər verir ki, avstraliyalı əvvəllər bir müddət Çində yaşayıb. Milad bayramını keçirmək üçün vətənə qayıdıb. Sevgilisi Tsyun Syuyun yanına növbəti səfəri ona baha başa gəlib. Tim Maklin Eçjou şəhərini tərk edə bilmir.

Tsyun Syu, Tim Maklin Tsyun Syu, Tim Maklin

Maklinin danışdığına görə, milyondan çox əhalisi olan şəhərin küçələri bomboşdur. Şəhərə gəlmək və getmək qadağandır. Tim çinlilər qədər qorxu içində olmadığını deyir. O, velosipedlə şəhərin küçələrində şütüyür: “Dünən təkcə xəstəxana işçilərini gördüm. Yəqin ki, pasiyent aparırdılar”.

Tim nə qədər cəsarətli olsa da, iki maskadan istifadə edir. Əsasən yolu marketə düşür. Amma mağazaya yoxlanmadan keçmək mümkün deyil. Xüsusi geyimli adamlar müştərilərin temperaturunu ölçür.

Avstraliyalı sevgilisinin yanına gəlməyə görə peşman deyil. Amma koronavirusa yoluxmaq da istəməzdi.

Eçjou şəhərində çox böyük qorxu hökm sürür. Yerli icra orqanları insanlara daha çox düyü ilə qidalanmağı, evdə bir neçə günün ehtiyatını saxlamağı məsləhət görür.

Maklinin Avstraliyanın Şanxayda yerləşən səfirliyi ilə əlaqə saxlamaq cəhdi də alınmır. Böyük ehtimalla, səfirlik işini dayandırıb.

Son xəbərlər
Bütün xəbərlər »