Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə zəlzələ hesabatını yaydı

Türkiyənin Elazığ şəhərində baş verən 6.8 ballıq zəlzələdən sonra 6851 binaya zərər dəyib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Agentlik yaydığı hesabatda zəlzələdən sonra Elazığ, Malatya, Diyarbəkir, Adıyaman və Qəhrəmanmaraş şəhərlərində ümumilikdə 37631 binanın vəziyyətinin araşdırıldığını açıqlayıb. Bu vaxta qədər yoxlanılan binalardan 584-nün dağıldığı, 6851-nə ciddi zərər gördüyü, 1207-nin orta və 14410-nun daha az zərər gördüyü, 14344 binanın istifadəyə yararlı olduğu bildirilib.

Təcili sökülməli olan binaların sayı isə 235 olaraq müəyyənləşdirilib.

Məlumatda həmçinin bölgədə gücü 4 baldan çox olan 22 zəlzələ baş verdiyi, ümumilikdə 1608 afterşok meydana gəldiyi qeyd edilib.

Zəlzələdən sonra ümumilikdə 83.559.428 lirə (təxminən 37.6 milyonm manat) yardım toplandığı da vurğulanıb.

Xatırladaq ki, yanvarın 24-ü, gecə saatlarında baş verən 6,8 bal gücündə yeraltı təkanlar nəticəsində Elazığ və Malatya şəhərlərində 41 nəfər ölüb, 45 nəfər dağıntılar altından sağ çıxarılıb. Xəstəxanalara yerləşdirilən 1607 nəfərdən 1553-ü evə buraxılıb, 7-si həkimlərin ciddi nəzarət altında olmaqla, 48 nəfərin müalicəsi davam edir. (Axar.az)

Paylaş »
››› Finlandiya və İsveç Rusiyadan qorunmaq üçün Türkiyənin dediyini etməlidir
››› Ukrayna Rusiya ərazisini atəşə tutub: Zavodun hədəfə alındığı bildirilir
››› Rusiyada canlı yayımda qəfil etiraf: "Ukraynada vəzyyətimiz pisləşib"
››› Rusiyada ard-arda hərbi komissarlıqları yandırırlar - Səbəb
››› Rusiya Paşinyanı istefaya göndərə bilmir: Moskvanın tərəfdarları azlıqda qalıb
››› ABŞ mətbuatında "Ərdoğan harayı", yaxud "meymun baxdı güzgüyə..."
››› AZAL yenə "zərər" açıqlayıb: İnhisarçı şirkət xalqı ələ salmağa davam edir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »