Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatlığa namizədlər “deputat siyahısı” ilə bağlı açıqlama verdilər

Ötən gün sosial şəbəkədə 9 fevral 2020-ci il növbədənkənar parlament seçkilərinin saxtalaşdırılacağına dair məlumat və Milli Məclisdə təmsil olunacaq şəxslərin “siyahısı” yayılıb. Xatırladaq ki, bu cür ehtimallar əvvəlki seçkilərdə də ortaya atılıb. Əksər hallarda təsdiqini tapıb da.

Bizimyol.info-nun əməkdaşı bu siyahıda adları yazılamayan qeydə alınmış deputatlığa namizədlərdən açıqlama alıb.

Əpoş Vəliyev

9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev bildirib ki, Milli Məclisə “seçiləcək” deputatlarin siyahısının ayrı-ayrı şəxslər tərəfindən hazırlanıb sosial şəbəkələrdə yayılması cəmiyyətdə ümidsizlik yaradır: “Son günlər bir neçə şəxs tərəfindən sosial şəbəkələrdə yayılan siyahılarla rastlaşıram. Düşünürəm ki, seçkiyə az vaxt qalmış belə siyahıların yayılması düzgün deyil. Bu həm bütün gücünü səfərbər edib təbliğat-təşviqat kampanıyası aparan namizədləri ruhdan sala bilər, həm də seçici çaş-baş qalır. Biz seçiciləri seçkiyə getməyə səsləyirik, dəyişikliyə nail olmağa, parlamentdə xalqın səsini çatdıracaq gənc, enerjili, xalqı, dövləti sevən namizədlərin seçilməsini təbliğ edirik. Amma belə siyahılar yayılanda seçicilər seçkiyə getmək istəmir, “əgər yenə əvvəlki deputatlar seçiləcəksə, onda niyə boş-boşuna seçkiyə getməliyik?” deyirlər.

Mən düşünürəm ki, bu siyahılar hazırda namizəd olan, seçicinin sevmədiyi, fəaliyyətsiz saydığı keçmiş deputatlar tərəfindən məqsədli yaydırılır, onlara rəqib olan namizədlərdə ruh düşkünlüyü yaratmaq istəyirlər. Sona qədər mübarizə aparacam, əvvəlcədən hazırlanmış heç bir siyahı məni güclü təbliğat aparmaqdan, seçicilərimlə görüşlərdən çəkindirə bilməz. Bütün gənc, enerjili, xalqını, dövlətini sevən nümizədlərə də belə siyahılara əhəmiyyət verməməyi, sonadək mübarizə aparmağı məsləhət görürəm”.

40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Lalə Bağırova bildirib ki, “deputat siyahı”larının olmasına etiraz edir: “Deməli öncədən proqnozlaşdırılmış "Mən bilirəm" siyahısının verilməsinə qəti şəkildə etiraz edirəm. Çünki biz namizədlər çox əziyyətlə insanlarda seçkilərə inam yaratmağa çalışırıq və vətəndaşları fəal olmağa səsləyirik. Doğrusunu deyim, mən seçicilərlə görüş zamanı qarşıma qoyduğum ilk məqsəd, onları seçkilərə gedib səs verməyə səsləməkdir. Bildirirəm ki, kimə istəyirsinizsə səs verin, təki evdə oturmayın və səsinizin istifadə edilməsinə göz yummayın.

Odur ki, biz namizədlərin çox çətinliklə nail olmalı olduğu bir vaxtda kiminsə məsələlərə belə yanaşmasına qəti şəkildə etiraz edirəm. Bəli proqnoz verə bilərik, amma yazmaq ki, siyahı bəllidir. Bu doğru deyil”.

Nəsimi Paşayev

49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Nəsimi Paşayev bildirib ki, sözügedən dairənin seçiciləri həmin sayahı ilə razı deyillər: “Namizəd olduğum dairənin hazırda kəndlərini, küçələrini, evləri gəzirəm. Nə qədər insanla görüşmüşəm. Onların fikrini çatdırıram sizə: 49 saylı dairənin insanları belə düşünmür. Həmçinin də mən ancaq bunları deyə bilərəm”

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »