Bu gün xəbər saytlarında Tbilisi İnfeksiya Xəstəxanasında 2 nəfərin qrip virusundan müalicə olunması barədə xəbər yayılıbXəbərdə deyilir ki, hazırda klinikada 4 nəfər müalicə olunur, onlardan ikisi çinli azyaşlı uşaqdır.
Hər iki uşaq Gürcüstana Azərbaycandan gedən çinli turistlərin qrupunda olub. Azyaşlılarda “A” tipli qrip virusu təsdiqlənib.
Azərbaycanda “A” tipli qripin yayılıb-yayılmaması, ümumiyyətlə bu xəbərin dəqiqliyi barədə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyevadan məlumat almaq istədik. Rəvanə xanım sorğumuza cavab olaraq bildirdi ki, o bu barədə dəqiqləşdirilmiş məlumat olan kimi mətbuata açıqlama verəcək.Mətbuat katibi iki gün öncə yayılan və insanları təşvişə salan qrip səbəbi ilə ölmüş müəllimə və onun qaynanası bərədə sualımıza da cavab verdi:
“Müəllimə və onun qayınanasının qripdən ölməsi barədə informasiyalar dolaşır. Əsasən telefonlara belə mesajlar gəlir, insanları qorxudur. Amma o xanımın hansı xəstəxanda yatması barədə dəqiq xəbər verən yoxdur. Ümumiyyətlə bu ay Azərbaycanda qripdən ölüm faktı qeydə alınmayıb”.
İlhamə Rəsulova