Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
37 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb

Bakıda 37 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.

Hadisə yanvarın 29-da, saat 21 radələrində, paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Baydəmirov küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs 1983-cü il təvəllüdlü V.Nəcəfova bıçaqla bədən xəsarəti yetirərək hadisə yerindən qaçıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Şöbəsində (PŞ) Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Daha sonra Suraxanı RPİ-nin Cinayət Axtarış Şöbəsi, 31-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Ümid Səfərzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar davam etdirilir.(report)

Son xəbərlər
Bütün xəbərlər »