Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bütün mobil cihazların batereya və adapteri eyni olacaq - Qətnamə

Avropa Parlamentinin qəbul etdiyi qətnamə mobil cihaz istehsalçılarını hərəkətə gətirəcək.

Qətnamədə Avropa Parlamentinin icraiyyə qurumlarına tapşırılıb ki, "təcili" olaraq texnologiya şirkətlərini eyni növ batereyadan istifadə etməyə məcbur etsinlər. Avropa qanunvericiləri bütün markalardan olan bütün növ mobil cihazlarda - telefonlar, planşetlər və e-buk riderlərdə istifadə oluna biləcək vahid batereya növünün tətbiq edilməsini tələb edir.

Avropa Parlamenti Avropa Parlamenti

Bizimyol.info xəbər verir ki, qətnamə həmçinin Avropa Birliyi ölkələrinin hökumətlərini təkrar istifadə oluna biləcək adapterlərin sayının artırılması yollarını axtarmağa çağırıb. Qurum hesab edir ki, istehlakçılar hər dəfə yeni mobil cihaz alanda yeni adapter almalı deyil, bir adapteri bütün cihazlarda istifadə edə bilməlidir.

Bu təkliflərə ən çox müqavimət göstərən şirkət isə hər zaman "Apple" olub. Bu şirkətin istehsal etdiyi kabellər rəqib şirkətlərin heç birinin məhsullarında istifadə edilə bilmir. Qalan şirkətlər isə əsasən, USB qoşulma növünü tətbiq edir.

Apple şirkəti Apple şirkəti

"Apple" şirkəti hələlik Avropa Parlamentinin qətnaməsinə münasibət bildirməyib. Amma daha əvvəl şirkət bəyan etmişdi ki, belə bir addım innovasiyaları ləngidəcək və ekoloji tullantıları artıracaq: "Belə bir qanun hazırda istifadədə olan milyonlarla aktiv cihaz və aksessuarları sıradan çıxaracaq və bütün dünya boyunca Apple istehlakçıları zərbə alacaq".

Qeyd edək ki, hələ 2009-cu ildə Apple şirkəti memorandum imzalayaraq vahid batereya və adapterlərin tətbiqi cəhdlərini başa düşdüyünü bildirmişdi. Amma şirkət öz məhzullarında hələ də USB-C adapterlərindən istifadə edir.

Son xəbərlər
Bütün xəbərlər »