Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çingiz Qənizadə barəsində deyilən yalanlardan danışdı - Foto

Sosial şəbəkələrdə və xəbər saytlarında Milli Məclisin IV və V çağırış deputatı, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadənin Beyləqan rayonunun Dünyamalılar kəndində seçicilər tərəfindən narazılıqla qarşılanmasına dair xəbərlər yaılıb, videogörüntülər paylaşılıb. Lakin elə videogörüntüləri izləyəndə hiss olunur ki, məsələdən “təxribat iyi” gəlir.

Xəbərlərdə kənd sakinlərinin onu dinləməkdən imtina etməsi və deputat olduğu 10 ildə müxtəlif vaxtlarda ona problemləri ilə bağlı etdikləri müraciətlərin cavabsız qaldığına görə hay- küy salması bildirilir. Bir az da irəli gedənlər namizədlə camaatın az qala əlbəyaxa dava etdiyini yazıblar.

Çingiz Qənizadə

Həqiqəti Çingiz Qənizadənin özündən öyrənmək istədik. Bizimyol.info-ya açıqlama verən Çingiz Qənizadə bildirdi ki, xəbərdə deyilənlərin əksinə olaraq, onun seçiciləri ilə görüşü çox uğurlu alınıb və bunun sübutları da var.

“Dünən Dünyamalılar kəndində planlaşdırılmış növbəti görüşüm keçirildi. O ərazidən məndən əlavə iki namizəd var. Onlardan biri keçmiş baş prokuror İxtiyar Şirinovun oğlu Hikmət Şirinovdur. Biz kəndin ağsaqqallrı və kəndin müəllimləri ilə birlikdə şəhidlərin məzarını ziyarət edib sonra camaatla görüş yerinə gəldik. Görüş yerinə gəlməzdən qabaq təxminən on nəfər cavan, onlardan biri də əlilliyi olan şəxs idi, deyirdi ki, Qarabağ qazisidir, lakin məlum oldu ki avtomobil qəzasında əlillik qazanıb- onlar yaxınlaşıb səs- küy yaratdılar ki, “bura niyə gəlmisiniz , bizim öz namizədimiz var, biz İxtiyar Şirinovun oğluna səs verəcəyik”. Bu təxribat xarakterli, quraşdırılmış bir ssennari idi, öncədən planlaşdırmışdılar və bir neçə nəfər həmin anları dayanıb çəkirdi. Mən dairəmdəki 40 kəndin 36-da görüş keçirmişəm və insanların, namizədlərə münasibətinin normal olduğunu görmüşəm. Bu təxribat 4-5 dəqiqə davam etdi. Sonra ağsaqqallar irad bildirdilər və onlar çəkilib getdilər. Bu görüntülərin də Tapdıq Abbasın blokunda yayımlanacağını bilirdik. Çünki, Tapdıq Abbasın bibisi nəvəsi də namizdələrdən biridir və birləşərək ən güclü namizədə qarşı qara piar həyata keçirirdilər.Bu kimi təxribatla 2-3 kənddə qarşılaşmışıq. Dünən Sarxanlı kəndində namizədlərdən biri mənim xeyrimə namizədliyini götürəcəyini bildirəndə kənd camaatı narazılıq etdilər. Bəzi insanlarda kənd təfəkkürü qalmaqdadır ki, deputat onların kəndindən olsa kənd üçün daha yaxşı olacaq. Bu belə deyil. Ümumiyyətlə görüşlərim yaxşı alınır. Uduzacağını qabacadan bilən insanlar cığallıq edib ümidlərini sosial şəbəkələrə bağlayır, ləkələməklə, qaralamaqla məşğul olurlar. Amma son sözü xalq deyəcək. Təvazökarlıqdan uzaq olsa da, mən seçicilərimin səsinə, etimadına inanıram”,- deyə Çingiz Qənizadə bildirib.

Qeyd edək ki, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədlərdən biri Quliyev Fəyyaz Əbdi oğlu dünən doğulduğu İmişli rayon Sarıxanlı kəndində seçiciləri ilə görüş zamanı namizdəliyini Çingiz Qənizadənin xeyrinə geri götürdüyünü bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› Türkiyəyə qarşı terroru dəstəkləyən ölkə indi Ərdoğana yalvarır...
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »