Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusun əlamətləri nədir: Yoluxub-yoluxmadığınızı necə bilməli...

Koronavirus - böyük virus ailəsidir. Əvvəllər bu virus insanlara yoluxmurdu və heyvanlarda rast gəlinirdi. Hazırda insanları da yoluxdurduğuna görə adətən, buna "yeni koronavirus" deyirlər.

Virus mikriskop altında baxarkən "tac"şəklində olduğuna görə ona "koronavirus" (corona virus - tac virus) adı verilib.

Koronavirus Koronavirusun forması

Yeni koronavirus (Novel coronavirus) 2019-cu ilin dekabrında Çinin Uxan şəhərində dəniz məhsulları satılan bazarın işçilərində qeydə alınıb. Ona görə də xəstəlik mənbəyinin dəniz heyvanları olduğu ehtimal edilir. Amma yoluxma mexanizmi tam bəlli deyil. Yəni virusun insanlara hansı heyvanlardan keçdiyi dəqiq bilinmir, amma virusun insandan insana keçdiyi dəqiqdir.

Bizimyol.info xəbər verir ki, koronovirus yoluxmasının əlamətləri qrip xəstəliyini xatırladır: Qızdırma, öskürək, nəfəsalmada çətinlik, burundan axıntı gəlməsi... Ağırlaşma hallarında yoluxma ağciyər iltihabına, ağır respirator sindromuna və böyrək çatışmazlığına gətirib çıxara bilər. Ölüm halları adətən, boğulma nəticəsində baş verir. Ağ ciyəri yoluxduran virus nəfəsalmanı çətinləşdirir ki, nəhayət, boğulma nəticəsində ölümə gətirib çıxarır.

Diaqnostika zamanı ilk öncə insanın xəstəlik yayılan ərazilərdə olub-olmadığı dəqiqləşdirilir. Amma yekun nəticə nəfəs yollarından gələn axıntının laborator qaydada analizi nəticəsində ortaya çıxır.

Müşahidələrə əsasən, yoluxma daha çox yaşlı adamlarda, həmçinin immuniteti aşağı olan və xroniki ağciyər xəstəliklərindən əziyyət çəkən adamlarda baş verir. Amma bu qrupa daxil olmayanlar da yoluxanlar arasındadır. Yəni heç kim bu virusdan tam sığortalanmayıb.

Hazırda bu xəstəliyə qarşı peyvənd yoxdur. Xəstəliyin standart müalicə üsulu hələ elmi cəhətdən mövcud deyil.

Bu arada onu da qeyd edək ki, bəzi ölkələrdə insanlar Çib istehsalı olan məhsullardan ehtiyatlansalar da, xəstəliyin bu şəkildə ötürülməsi mümkün deyil. Məsələn, xəstəlik Çindən gələn telefon, oyuncaq və s. məhsullar vasitəsilə ötürülə bilməz.

Son xəbərlər
Bütün xəbərlər »