Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seçicilər “deputatlığa namizəd”ə nələri danışdı - Video

Xəbər verildiyi kimi beşinci çağırış Milli Məclisi tam tərkibdə buraxıb və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün vaxt bu ilin doqquz fevral tarixinə təyin edilib. Qeydə alınmış deputatlığa namizədlər təbliğat-təşviqata başlayıblar.

Bizimyol.info-nun əməkdaşı Ramid İbrahimov 10 saylı Binəqədi üçüncü seçki dairəsində olub, özünü seçicilərə deputatlığa namizəd kimi təqdim edərək problemləri ilə maraqlanıb.

Qeyd edək ki, Milli Məclisdə 125 deputat təmsil olunur. 26 sentyabr 2016-cı ildə keçirilən referendumla Prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verilib. Həmin referendumda Konstitusiyaya edilmiş dəyişikliyə görə, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər.

Əməkdaşlarımızın hazırladığı videonu təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »