Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marixuana ittihamı ilə təqsirləndirilən şəxs məhkəmədə marixuana çəkdi - Foto, Video

ABŞ-ın Tennessi ştatının Lebnen şəhərində məhkəmə zamanı hamını güldürən hadisə baş verib.

Bizimyol.info xəbər verir ki, üzərində marixuana aşkarlandığına görə məhkəmə qarşısına çıxarılan 21 yaşlı Spenser Boston əvvəlcə özünü yaxşı aparıb. Təxminən dəqiqə yarım ərzində o hakimin danışdıqlarını dinləyib, başı ilə hakimin sözlərinə reaksiya verib.

Amma ardınca vəziyyət dəyişib: Təqsirləndirilən şəxs cibindən marixuana bükməsini çıxarıb, ağzına qoyub və yandırıb. Onun bu hərəkəti zalda gülüşə səbəb olub.

Marixuana ittihamı ilə təqsirləndirilən şəxs məhkəmədə marixuana çəkdi

Məhkəmə prosesinin audio yazısı olmasa da, yerli wsmv.com saytının yazdığına görə, əslində Boston bunu məhkəməyə hörmətsizlik olaraq etməyib. O, marixuananın leqallaşdırılmasını tələb edir və hakim qarşısında marixuana çəkməsi də məhz bu tələbin göstəricisidir.

Son xəbərlər
Bütün xəbərlər »