Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elmar Məmmədyarovun erməni nazirlə görüşünün növbəti raundu keçiriləcək

Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Cenevrə görüşünün növbəti raundu keçiriləcək.

Görüşdə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov, fransalı həmsədri Stefani Viskonti və amerikalı həmsədri Endryu Şofer, eləcə də, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndə Anjey Kasprşik iştirak edəcək.

Qeyd edək ki, dünən Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün ilk raundu baş tutub. Görüş yeddi saat davam edib.

Ümumilikdə tərəflər, eləcə də, ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »