Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
19-cu əsrdə doğulmuş qadın vəfat etdi: kitab oxumur, siyasətlə maraqlanmırmış - Foto
elll

Tacikistanda dünyanın ən yaşlı qadını sayılan Fatimə Mirzəqulova həyatla vidalaşıb. O, 127 yaşında vəfat edib.

Bizimyol.info xəbər verir ki, Tacikistan pasportunda qadının 1893-cü il martın 13-də doğulduğu yazılıb. Onun 19-cu əsrdə dünyaya gəlməsini təsdiqləyən başqa sənəd yoxdur. Asiya dövlətində saxtakarlığa yol verilmirsə, deməli, planet özünün ən yaşlı qadın sakinini itirib.

Fatimə Mirzəqulova Fatimə Mirzəqulova

“Daily Mail” yazır ki, qadın əmək fəaliyyətinin çox hissəsini kolxozda keçirib, pambıq yığıb. Fatimə Mirzəqulova hətta pensiyaya çıxandan sonra da işləyirmiş.

Tacik qadının 8 övladı, 200-dən çox nəvəsi, nəticəsi, kötücəsi varmış. Mirzəqulovanı Tacikistanın şimalındakı Dahan şəhərində dəfn ediblər.

Dünyanın ən yaşlı qadını “The Open Asia”ya iki il əvvəl verdiyi müsahibədə ilk həyat yoldaşını İkinci Dünya Müharibəsində itirdiyini bildirmişdi. Fatimə Mirzəqulova 1951-ci ildə yenidən ailə həyatı qurub. Özündən 14 yaş böyük kişi ilə evlənib. Qadın səkkizinci övladını 66 yaşı olanda dünyaya gətirib.

Fatimə Mirzəqulovanın qızlarından biri deyib ki, anası kitab oxumur, siyasətlə maraqlanmırmış. Əsəbləri çox möhkəmmiş.

İndi dünyanın ən yaşlı qadını Kane Tanaka sayılır. Yapon qadın 1903-cü il yanvarın 2-də doğulub.

Paylaş »
››› Rusiyada koronavirusu dərhal məhv edən ucuz məhlul hazırlayıblar
››› “Kurtlar vadisi”nin aktyoru koronavirusdan ölüb
››› Türkiyədə daha bir koronavirus rekordu qeydə alındı
››› Qonşu ölkədə insanlar virusa görə meşələrə çəkilib
››› Keçmiş SSRİ dövləti “qreçka”nın ölkədən çıxarılmasına qadağa qoydu
Son xəbərlər
Bütün xəbərlər »