Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Masallıda boğularaq öldürülən 16 yaşlı gəlinin toyu ilə bağlı təfərrüat: “Bizi dinləmədi...” - Foto
qadın meyiti

Masalıda 16 yaşlı Fatimə Qəmbərovanın toyundan sonra ölümünün bəzi təfərrüatları məlum olub.

Rayonun Həsənli kənd sakinlərindən “Qaynarinfo”ya verilən məlumata görə, qız toyundan 17 gün sonra ölüb:

“Qızın nikah üçün yaşı çatmırdı. Bununla bağlı hər iki valideyni icra nümayəndəliyinə çağırdıq və söhbət etdik. Onlara başa saldıq ki, bu, qanunvericiliyə ziddir. Dedik ki, səbr edin, qız yetkinlik yaşına çatsın. Lakin tərəflərdən heç biri bizi dinləmədi. Biz də məcbur olub hüquq-mühafizə orqanlarına məlumat verdik. İndi də eşitdik ki, qız ölüb. Bu saat gəlinin meyiti ekspertizaya verilib. Bir neçə saata səbəbi də bilinəcək”.

Fatimə Qəmbərova

Qeyd edək ki, Masallı rayonunun Həsənli kənd sakini olan Fatimə Qəmbərova naməlum şəraitdə dünyasını dəyişib. Onun iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirildiyi bildirilir.

Artıq qızın qətlə yetirildiyi məlum olub. Masallı Rayon Prokurorluğundan verilən məlumata görə, 2003-cü il təvəllüdlü F.Qəmbərovanın ölümü ilə bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda araşdırma aparılır.

Paylaş »
››› "İdarə olunan terror” və ya ən gec yoluxan ən şanslı olacaq - Video
››› Koronavirusla mübarizə aparan həkimlər “Yanıq kərəmi”nə rəqs etdilər – Video
››› Operativ Qərargah: “Bütün qaydalara riayət olunsa, 2 həftədən sonra müsbətə dönüş başlaya bilər”
››› Rusiyadan neft açıqlaması
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »